AZ

"Turan Tovuz" qapıçı TRANSFER ETDİ

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmməti məlumat yayıb.

Vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan qapıçı İvan Konovalov ilə 1+1 illik müqavilə bağlanılıb.

Moskva “Spartak”ının yetirməsi olan qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Tural Bayramlını sıralarına qatıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
23
bizim.media

10Mənbələr