"Turan Tovuz"da yeni transfer gerçəkləşib.

Offsideplus.az xəbər verir ki, qapıçı İvan Konovalov ilə 1+1 illik müqavilə bağlanılıb.

Moskva “Spartak”ının yetirməsi olan və Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan 29 yaşlı qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.