AZ

"Turan Tovuz" Rusiya millisinin sabiq üzvünü transfer etdi

style='margin-bottom:10px;'>

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmməti məlumat yayıb. Vaxtilə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyan qapıçı İvan Konovalov ilə 1+1 illik müqavilə bağlanılıb.

Moskva “Spartak”ının yetirməsi olan 29 yaşlı qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Tural Bayramlını sıralarına qatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
23
teleqraf.com

10Mənbələr