AZ

Şoyqu və Gerasimov barəsində həbs qərarı çıxarıldı

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.

"Unikal" xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

“2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin məhkəməyə qədərki palatası iki şəxs - Sergey Kujugetoviç Şoyqu və Valeri Vasilyeviç Gerasimov barəsində Ukraynadakı vəziyyət kontekstində ən azı 10 oktyabr 2022-ci il tarixindən ən azı 9 mart 2023-cü il tarixinədək olan müddət ərzində törədilmiş beynəlxalq cinayətlərə görə həbs qərarı çıxarıb”, - deyə mətndə qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
35
unikal.az

10Mənbələr