AZ

Beynəlxalq məhkəmə Gerasimov və Şoyqu haqqında həbs qərarı verdi – Müharibə təqsirkarları İTTİHAMI

“Beynəlxalq Cinayət Məhkəməsi (BCM) daha çox soyqırımı, müharibə və insanlığa qarşı cinayətləri araşdırır. Böyük ehtimalla, Valeri Gerasimov və Sergey Şoyquya qarşı Ukraynadakı müharibənin təqsirkarları qismində ittiham elan olunub”.

Bu sözləri Yenicag.az-la asöhbətində politoloq Əli Mustafa deyib.

Siyasi təhlilçi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov və keçmiş müdafiə naziri Sergey Şoyqu haqqında həbs orderinin çıxarılması məsələsinə münasibət bildirib.

“Nəzərə alsaq ki, bu gün Rusiya Ukraynaya qarşı müharibə aparır və bu savaşı da təbii ki, Putin başda olmaqla Gerasimov və Şoyqu başladıb. Yəni siyasi rəhbərlik prezident tərəfindən həyata keçirilsə də, hərbi-siyasi rəhbərlik artıq Gerasimovla Şoyquya aid olub. Bütövlükdə aparılan əməliyyatlarla onların rəhbərlik etdiyini nəzərə alsaq, deyə bilərik ki, Beynəlxalq Cinayət Məhkəməsi məhz bu qərarı əsas götürərək, onların həbsinə order verib”, – deyə o, fikirlərini tamamlayıb.

Xatırladaq ki, BCM ötən ilin martında Rusiya prezidenti Vladimir Putinin həbsinə dair də order vermişdi.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
35
yenicag.az

10Mənbələr