AZ

Şoyqu və Gerasimovun həbsinə qərar verilib

Şoyqu

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. Məhkəmənin yaydığı məlumata görə, onlar Ukraynada mülki hədəflərə və mülki şəxslərə hücumlarda ittiham olunurlar.

Reyting.az
bildirir ki, Qərara görə, Şoyqu və Gerasimov bir sıra hərbi cinayətlərə görə məsuliyyət daşıyırlar, o cümlədən mülki hədəfləri hədəfə almaq, mülki şəxslərə həddindən artıq təsadüfi zərər vurmaq, cinayət əmrləri vermək, insanlığa qarşı cinayətlər və onların tabeliyində olan qüvvələrə adekvat nəzarəti həyata keçirməmək.

BCM-nin səlahiyyətlərini tənzimləyən əsas sənəd kimi Roma Nizamnaməsinin 28(a) bəndi göstərilir.

Məhkəmənin qərarında qeyd olunur ki, Rusiya hərbi qüvvələri tərəfindən 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynanın elektrik infrastrukturuna qarşı həyata keçirilən raket hücumlarına görə iki şübhəlinin məsuliyyət daşıdığını düşünmək üçün əsaslı əsaslar var: “Bu müddət ərzində Rusiya hərbçiləri Ukraynanın elektrik stansiyalarına və yarımstansiyalarına çoxlu sayda hücumlar həyata keçirib”.

İşə baxan məhkəməyə sədrlik edən hakimlər heyətinə Serxio Gerardo Ugalde Godinez, habelə hakimlər Rosario Salvatore Aitala və Haykel Ben Mahfoud daxildir.

Onu da qeyd edək ki, ötən ilin mart ayında məhkəmə Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın da həbsinə order verib.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
35
reyting.az

10Mənbələr