AZ

Aİ Rusiya aktivlərindən 1,4 milyard avro mənfəətin Ukraynaya göndərilməsini təsdiqləyib

Bakı. TurkicWorld:

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri Aİ Şurasının planlaşdırılmış iclasında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro mənfəətin Ukraynaya hərbi yardım üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

"Nazirlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Avropa Sülh Fonduna yönəldilməsi üçün hüquqi bazanı razılaşdırıblar. Aktivlərdən əldə edilən mənfəət mümkün qədər tez Ukraynanın xeyrinə istifadə olunacaq. Gələn ayın 3-də 1,4 milyard avro, ilin sonuna qədər isə daha 1 milyard avro köçürüləcək", - deyə o bildirib.

C.Borrelin sözlərinə görə, bu vəsait Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının alınmasına, həmçinin Kiyevdə müdafiə sənayesinin dəstəklənməsinə sərf olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
turkic.world

6Mənbələr