AZ

Rusiyanın aktivlərindən əldə olunan 1,4 milyard avro Ukraynaya verildi

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 1,4 milyard avro gəlirin Ukraynaya hərbi yardım üçün Avropa Sülh Fonduna köçürülməsi qərarını təsdiqləyib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell görüşün yekunlarına dair mətbuat konfransında deyib.

"Nazirlər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Avropa Sülh Fonduna göndərilməsi üçün hüquqi baza barədə razılığa gəliblər. Aktivlərdən əldə edilən mənfəət mümkün qədər tez Ukraynanın xeyrinə istifadə olunacaq. Gələn ayın 3-də 1,4 milyard avro köçürüləcək. Daha 1 milyard avro isə ilin sonuna qədər Ukraynaın hesabına transfer ediləcək”, - deyə o, bildirib.

Borrelin sözlərinə görə, bu pul Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının alınmasına, həmçinin Kiyevdə müdafiə sənayesinin dəstəklənməsinə sərf olunacaq.

“Bir ölkə hələ də Avropa Sülh Fondundan Ukraynaya təxminən 6 milyard avronun ayrılmasına mane olur” deyən o, üzv ölkələrin həll yolu tapmaq üçün bu məsələni müzakirə etməyə davam etdiyini qeyd edib.

Sultan AYXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
redaktor.az

6Mənbələr