AZ

Aİ Rusiya aktivlərindən 1,4 milyard avro mənfəətin Ukraynaya göndərilməsini təsdiqləyib

Bakı. Trend:

Avropa İttifaqına üzvə olan 27 ölkənin xarici işlər nazirləri AİŞurasının planlaşdırılmış iclasında Rusiyanın dondurulmuşaktivlərindən əldə olunan 1,4 milyard avro mənfəətin Ukraynayahərbi yardım üçün Avropa Sülh Fonduna köçürülməsi qərarınıtəsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xariciişlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelbildirib.

"Nazirlər Rusiyanın dondurulmuş aktivlərindən əldə ediləngəlirin Avropa Sülh Fonduna yönəldilməsi üçün hüquqi bazanırazılaşdırıblar. Aktivlərdən əldə edilən mənfəət mümkün qədər tezUkraynanın xeyrinə istifadə olunacaq. Gələn ayın 3-də 1,4 milyardavro, ilin sonuna qədər isə daha 1 milyard avro köçürüləcək", -deyə o bildirib.

C.Borrelin sözlərinə görə, bu vəsait Ukrayna üçün havahücumundan müdafiə sistemləri və döyüş sursatlarının alınmasına,həmçinin Kiyevdə müdafiə sənayesinin dəstəklənməsinə sərfolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
az.trend.az

6Mənbələr