AZ

Çin "xaos dünyasını" sabitləşdirmək üçün Polşa ilə əməkdaşlığa hazırdır

Çin hakimiyyəti beynəlxalq arenaya daha çox əminlik gətirmək üçün Polşa tərəfi ilə qüvvələri birləşdirməyə hazırdır. 

HİT.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Szinpin deyib.

"Çin tərəfi dəyişiklik və xaos dünyasına daha çox sabitlik və əminlik gətirmək üçün ikitərəfli münasibətlərin daha yüksək səviyyədə inkişafına kömək etmək üçün Polşa ilə əməkdaşlığa hazırdır", deyə Çin lideri Polşa prezidenti Andjey Duda ilə görüşdə bildirib

Onun sözlərinə görə, Çin tərəfi Polşa ilə qarşılıqlı əlaqədə olarkən dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyə, iki ölkə arasında möhkəm diplomatik münasibətləri və ənənəvi dostluğu qorumağa çalışır. Si Szinpin xatırladıb ki, Polşa 75 il əvvəl Çin Xalq Respublikasını tanıyan ilk dövlətlərdən biri olub.

Bir gün əvvəl Duda Çin rəhbərliyi ilə təhlükəsizlik məsələlərini, o cümlədən Rusiya və Ukrayna arasındakı münaqişəni müzakirə etmək üçün Çinə rəsmi səfərə gəlib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
10
hit.az

10Mənbələr