AZ

"Putin özünü ABŞ düşmənləri ilə əhatə edir, bu ox Ukrayna müharibəsindən sonra da dünyanı təhdid edəcək" - "The Wall Street Journal"

"Rusiya və digər ölkələr ABŞ-ın dominantlıq etdiyi qlobal sistemə qarşı kollektiv müqavimət üçün tarixi ziddiyyətlərini bir kənara qoyub..."
 
Rusiya, Çin, Şimali Koreya və İran hərbi əməkdaşlığı genişləndirir
 
Rusiyanın İran, Şimali Koreya və Çinlə hərbi əməkdaşlığı ABŞ və müttəfiqlərini Ukraynada müharibə bitəndən hələ uzun müddət sonra da təhdid edəcək həssas texnologiyalar mübadiləsinədək genişlənib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Rusiyanın ABŞ-ın düşmənlərinin iştirakı ilə təhlükəsizlik sahəsində əlaqələrinin sürəti və dərinliyi bəzən ABŞ kəşfiyyatı analitiklərini təəccübləndirir.
 
Onların sözlərinə görə, Rusiya və digər ölkələr ABŞ-ın dominatlıq etdiyi qlobal sistemə qarşı kollektiv müqavimət göstərilməsi üçün tarixi ziddiyyətlərini bir kənara qoyub.
 
"Daha sıx hərbi münasibətlərin əlaməti olaraq Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Pxenyanda bəyan edib ki, onlar tərəflərdən birinə hücum ediləcəyi təqdirdə qarşılıqlı yardım haqqında saziş imzalayıb, bu münasibətləri iki avtoritar dövlət arasında alyans kimi səciyyələndirib", - nəşr qeyd edib.
 
Moskvanın Şimali Koreya, İran və Çinlə təmasları Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsi başlanandan, döyüş meydanında ilk uğursuzluqlar və Qərbin sanksiyalarının Rusiyanı silahlanmanın yeni mənbələrini axtarmağa vadar etdikdən sonra genişlənməyə başlayıb. 
 
Lakin razılaşmalar birgə istehsal, texnologiyalar və işçi qüvvənin verilməsinə çevrilib, bunlar da, rəsmi şəxslərin sözlərinə görə, Moskvanın, potensial olaraq isə Tehran, Pxenyan və Pekinin  uzunmüddətli imkanlarını yaxşılaşdırır.
 
"Rusiyanın Ukraynada müharibəsi Çin, Şimali Koreya və İran tərəfindən dəstəklənir. Onlar ABŞ-ın məğlub olmasını istəyir. Onlar NATO-nun məğlubiyyətə uğramasını istəyir. Əgər onlar Ukraynada uğur qazansalar, bu, bizi daha həssas edəcək, dünya isə daha təhlükəli olacaq", - bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
 
Rusiyanın Şimali Koreya, İran və Çinlə təhlükəsizlik sahəsində genişlənən əlaqələri hələlik, məsələn, Qərbin Şimali Atlantika Müqaviləsi kimi formal hərbi ittifaq deyil. Bunun əvəzinə onlar Rusiyanın üç ölkənin hər biri ilə bir sıra ikitərəfli mübadilələri nəzərdə tutur.
 
"Rusiya, Şimali Koreya, hətta Çin üçün bütün bunlar hər hansı ehtiraslı sevgi romanı deyil, hazırkı məqamda maraqlar və məqsədlərin yaxınlaşması və ya razılaşdırılmasına əsaslanan hesablanmış nikahdır", - bunu Mərkəzi Kəşfiyyat İdarəsi və Ağ Evin sabiq əməkdaşı Syu Mi Terri deyib.
 
Buna baxmayaraq, artıq daha geniş strateji və diplomatik əməkdaşlıq əlamətləri olan yeni oxun ilkin konturları meydana çıxıb.
 
Qərb məmurlarının sözlərinə və gömrük məlumatlarına görə, Çin ABŞ sanksiyaları altında olan ölkələrlə ticarət əlaqələrinin möhkəmləndirilməsinə yönələn səylərin mərkəzindədir.
 
Amerikalı məmurların sözlərinə görə, Çin Rusiyaya silah verməmək üçün hər şeyi edib, Vaşinqtonda qeyd edildiyi kimi, bu, sanksiyalara gətirib çıxarardı.
 
Lakin Pekin Rusiyanın müdafiə istehsalının Amerika xüsusi xidmət orqanlarının Moskvanın Ukraynada ilk uğursuzluqları və Qərbin Kremlı silaha çıxışa mane olmağa yönələn sanksiyalarından sonra gözlədiklərindən daha tez bərpa olunmasına kömək edib. 
 
Çin böyük sayda ikili təyinatlı avadanlıq, o cümlədən Rusiya müdafiə sənayesi üçün dəzgahlar, mikroelektronika, tank və zirehli texnika üçün optika, habelə qanadlı raketlər üçün boru mühərrikləri tədarük edib.
 
Bu, həmçinin Rusiyaya Ukraynada istifadə etmək üçün özünün peyk və digər kosmik imkanlarını təkmilləşdirməyə kömək edir.
 
"Onlar çox ehtiyatlıdır, lakin son xəttə çox yaxındır. Onlar rusiyalılara dəstək vermək, bu zaman heç bir məsrəfə yol verməmək üçün bütün mümkün olanları edir", - müdafiə sektorunun nümayəndəsi qeyd edib.
 
Rusiya yeni ittifaqlar yaradır
 
Rusiya diktatoru Vladimir Putin son 24 ildə ilk dəfə olaraq Şimali Koreyanı zıyarət edib. İyunun 19-da bəlli olub ki, Rusiya və KXDR iki ölkə arasında tərəfdaşlıq haqqında müqavilə imzalayıb.
 
Bu müqavilə tərəflərdən birinə təcavüz olacağı təqdirdə qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur. Kreml hakimi həmçinin qeyd edib ki, Rusiya "KXDR ilə hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsini özü üçün istisna etmir".
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak vurğulayıb ki, Rusiya və KXDR arasında "strateji hərbi tərəfdaşlıq" müqaviləsinin imzalanması KXDR üzərinə qoyulan beynəlxalq qərarlar, qətnamələr və məhdudiyyətlər paketinin birtərəfli və ən həyasızcasına sıfırlanmasıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
36
moderator.az

10Mənbələr