AZ

Yunanıstan Hizbullah təhdidlərindən qəzəblənib

Yunanıstan radikal şiə hərəkatı Hizbullahın Kiprə qarşı təhdidlərini qəbuledilməz hesab edir.

Oxu24.com xəbər verir ki, bunu Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis deyib.

“Yunanıstan hazırda amansız və həyasız təhdidlərə məruz qalan Kiprin yanındadır. Aİ-yə üzv dövlətin mövcudluğunu və suverenliyini təhdid etmək qəbuledilməz bir hərəkətdir”, o, jurnalistlərə müsahibəsində bildirib.

İyunun 19-da Hizbullah lideri Şeyx Həsən Nəsrullah video açıqlama verərək, İsrailin Kiprdəki hava bazalarına giriş əldə etməyə çalışdığına dair mövcud məlumatlara istinad edib.

O, belə bir addımın ada ölkəsi üçün “mənfi nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib. Hizbullah liderinin sözlərinə görə, bu halda Kipr “döyüş əməliyyatlarında şərik olacaq”, Aralıq dənizindəki obyektlər isə “təşkilatın hərbi hədəfi” olacaq.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
oxu24.com

7Mənbələr