AZ

“Hizbullah”ın Kiprə qarşı təhdidlərinə cavab gəldi

Yunanıstan Livanın “Hizbullah” hərəkatının Kiprə qarşı təhdidlərini qəbuledilməz hesab edir.

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis qeyd edib.

“Yunanıstan hazırda amansız və həyasız təhdidlərə məruz qalan Kiprin yanındadır. Bir Avropa İttifaqı üzv dövlətinin mövcudluğunu, suverenliyini təhdid etmək qəbuledilməz hərəkətdir", - deyə o bildirb.

İyunun 19-da “Hizbullah” lideri Şeyx Həsən Nəsrullah video açıqlama verərək, İsrailin Kiprdəki hava bazalarına giriş əldə etməyə çalışdığına dair mövcud məlumatlara istinad etmişdi. O, belə bir addımın ada ölkəsi üçün mənfi nəticələr verəcəyi barədə xəbərdarlıq edib. “Hizbullah” liderinin sözlərinə görə, bu halda Kipr “hərbi əməliyyatlarda şərik olacaq”, Aralıq dənizindəki obyektlər isə “Hizbullah” üçün hərbi hədəfə çevriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
publika.az

7Mənbələr