AZ

Yunanıstan Hizbullahın təhdidlərini qəbuledilməz adlandırıb

Yunanıstan Livanın Hizbullah hərəkatının Kiprə qarşı təhdidlərini qəbuledilməz hesab edir.

Herbiand.az xəbər verir ki, bunu Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis deyib.

“Yunanıstan hazırda amansız və həyasız təhdidlərə məruz qalan Kiprin yanındadır. Aİ üzv dövlətinin mövcudluğunu və suverenliyini təhdid etmək qəbuledilməz bir hərəkətdir”, o, jurnalistlərə bildirib.

Qeyd edək ki, iyunun 19-da Hizbullah lideri Şeyx Həsən Nəsrullah video bəyanatla çıxış edərək, İsrailin Kiprdəki hava bazalarına giriş əldə etməyə çalışdığına dair mövcud məlumatlara istinad edib. O, belə bir addımın ada ölkəsi üçün mənfi nəticələr verəcəyi barədə xəbərdarlıq edib. Hizbullah liderinin sözlərinə görə, bu halda Kipr “hərbi əməliyyatlarda şərik olacaq”, Aralıq dənizindəki obyektlər isə Hizbullah üçün hərbi hədəfə çevriləcək.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
herbiand.az

7Mənbələr