AZ

Xankəndidə çoxlu sayda tələ minalar aşkar edilib – Vüqar Süleymanov

10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib.

Busaat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfransda deyib.

O bildirib ki, 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: “Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır”.

V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib.

Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: “Təmas xətti başa düşüləndir. Hərbi olmayan ərazilər, qəbrstanlıqlar, evlər minalanmışdı”.

O qeyd edib ki, 480 ton plastik tullantı da ətraf mühitə ziyan vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
14
busaat.az

10Mənbələr