AZ

"Xankəndidə çoxlu sayda tələ minalar aşkarlanıb" - ANAMA sədri

“Ərazilərimizin işğalı dövründə ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılıb və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə, ətraf mühitə atılan 12.600 ton karbon-dioksid emissiyası və digər zəhərli qazlar deməkdir”. 

Ednews  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktiki konfransda deyib. 

O bildirib ki, 10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib və 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil: 

"Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır". 

V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib. 

Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: 

"Təmas xətti başa düşüləndir. Hərbi olmayan ərazilər, qəbiristanlıqlar, evlər minalanmışdı”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
14
ednews.net

10Mənbələr