AZ

Vüqar Süleymanov: Xankəndidə çoxlu sayda tələ minalar aşkarlanıb

Ərazilərimizin işğalı dövründə ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılmış və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilmişdir.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktik konfrans zamanı söyləyib.

Sədr bildirib ki, bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə, ətraf mühitə atılan 12.600 ton karbon-dioksid emissiyası və digər zəhərli qazlar deməkdir.

V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur: “Heç bir hərbi əhəmiyyəti olmayan ərazilər, qəbristanlıqlar, əkin sahələri, viran edilmiş yaşayış məskənləri, bağlar minalarla ciddi şəkildə çirkləndirilib. Ermənistan tərəfi bir neçə dəfə mina sahələri ilə bağlı məlumatlar verib. Bu məlumatları emal etdik, bəlli oldu ki, təqdim olunan məlumatların yararlılığı 25 faizi keçmir. Bu, çox aşağı səviyyədədir. Yalnız keçmiş təmas xəttini əhatə edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
poliqon.az

10Mənbələr