AZ

Boksçularımız Avropa çempionatına qələbə ilə BAŞLADI 

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı yarışa qələbə ilə başlayıb. 

Kənan Aslanlı (63 kq) 1/16 final çərçivəsində Uilliam Murla (İngiltərə) qarşılaşıb. Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə boksçumuzun xeyrinə yekunlaşıb. Aslanlı ikinci görüşündə irlandiyalı Eduard Hartla üz-üzə gələcək. 

Adil Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda Luka Mazanaşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Zalov da növbəti döyüşündə irlandiyalını sınağa çəkəcək. Onun rəqibi Con Maher olacaq. Hər 2 görüş iyunun 25-də baş tutacaq. 
Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
17
bizim.media

10Mənbələr