AZ

Avropa birinciliyi: İki bosçumuz qələbə ilə başladı

Azərbaycan boksçuları Kənan Aslanlı və Adil Zalov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.

Federasiyadan Sportnet.az-a verilən məlumata görə, K.Aslanlı (63 kq) 1/16 finalda Uilliam Murla (İngiltərə) qarşılaşıb.

Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə Azərbaycan idmançısının xeyrinə yekunlaşıb. O, növbəti görüşdə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.

A.Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda gürcüstanlı Luka Mazanaşvilini mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Onun ikinci döyüşdə rəqibi irlandiyalı Con Maher olacaq.

Hər iki görüş iyunun 25-də baş tutacaq.

Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
17
sportnet.az

10Mənbələr