AZ

Azərbaycan boksçuları Avropa birinciliyinə qələbə ilə başlayıb

Azərbaycanın boksçuları – Kənan Aslanlı və Adil Zalov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.



Federasiyadan Komanda.az-a verilən məlumata görə, Aslanlı (63 kq) 1/16 final çərçivəsində Uilliam Murla (İngiltərə) qarşılaşıb.



Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə Azərbaycan idmançısının xeyrinə yekunlaşıb. O, növbəti görüşdə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.



Zalov (66 kq) da adını 1/8 finala yazdırıb. O, startda gürcüstanlı Luka Mazanaşvilini mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). Bu boksçumuz da ikinci döyüşündə irlandiyalı idmançı ilə üz-üzə gələcək. Onun rəqibi Con Maher olacaq.



Hər iki görüş iyunun 25-də baş tutacaq.



Yarış iyunun 30-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərboks

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
17
komanda.az

10Mənbələr