AZ

İran ofşor rial buraxacaq

İran Mərkəzi Bankı yaxın vaxtlarda Rusiya ilə maliyyə əməliyyatları üçün ofşor rial işə salacaq
İran tezliklə Rusiya ilə maliyyə əməliyyatları üçün ofşor rial işə salacaq. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin planlar barədə danışıb.
“Ofşor rial ideyası hazırlanır. Tezliklə biz Rusiya ilə əməliyyatlarda ilk ofşor rial layihəsinə başlayacağıq", - İran Mərkəzi Bankının rəhbəri bildirib.
Əvvəllər Rusiya Dövlət Duması stabilkoinlərdən - məzənnənin sabitliyinə ümumən tanınmış aktivlə əlaqəsi ilə təmin olunan kriptovalyutadan - və onların ixrac ödənişlərində, məsələn, İranla istifadəsinə icazə verib. Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov qeyd edib ki, İran rialının məzənnəsinin dəyişməsi, həmçinin dollara nisbətdə iki məzənnənin olması Rusiyanın bu ölkəyə ixracı üçün narahatlıq yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
12
ayna.az

10Mənbələr