AZ

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı artıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişənzəvvarların sayı 1300 nəfəri keçib.

Trend xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Fəhdbin Abdel Rəhman əl-Cəlacel bildirib.

“Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub, ölən zəvvarların83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir vurğulayıb.

Bildirilib ki, qeydiyyatdan keçməyən zəvvarlar kondisionerliistirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizəorqanlarının əməkdaşlarının Həcc vizalarını yoxladıqları keçidməntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyəməcbur olublar. Həddindən artıq istilər zamanı zəvvarlar xronikixəstəliklərin ağırlaşması və fiziki yorğunluq səbəbindən dünyasınıdəyişib. Ölümlərin böyük əksəriyyəti yaşlı insanlar arasında başverib.

Qeyd edək ki, Məkkədə gündüz havanın temperaturu demək olar ki,52 dərəcəyə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
18
az.trend.az

10Mənbələr