AZ

Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1100-ü keçdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 100-ü keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.
Bu barədə bir sıra ərəb ölkələrinin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyindəki mənbələrə istinadən məlumat yayılıb.
Qeyd olunur ki, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib ki, onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.
Hazırda 25-i Misir vətəndaşı olmaqla 100-ə yaxın adam itkin düşüb.
Əvvəllər 800-dən çox itkin düşmüş şəxs haqqında məlumat verilib, onların çoxu sonradan yaxınları ilə əlaqə saxlayıb.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
35
oxu.az

10Mənbələr