AZ

Həcc ziyarətində ölən zəvvarların sayı 1300 nəfəri ötdü

Səudiyyə Ərəbistanında Məkkədə Həcc (illik dini ayin) zamanı ölən zəvvarların sayı 1,3 mini keçib, onların əksəriyyəti qeydiyyatdan keçməyən zəvvarlardır.

 

Medianews.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəhd bin Əbdül Rəhman əl-Cəlajel bildirib.

“Həcc zamanı dünyasını dəyişənlərin sayı 1301 nəfər olub, ölən zəvvarların 83 faizinin müvafiq vizası olmayıb”, – nazir bildirib.

O qeyd edib ki, əksər hallarda ölüm həddindən artıq istilər səbəbindən susuzlaşdırma və fiziki yorğunluq nəticəsində baş verib.

Məkkədə 47 dərəcədən çox isti qeydə alınıb.

2024-cü ildə təqribən 1,83 milyon zəvvar Həcc ziyarətində olub, onlardan 1,6 milyonu əcnəbi olub.

Ayşən

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
18
medianews.az

10Mənbələr