AZ

Xırdalanda beşmərtəbəli binada yanğın olub

5 sakin təxliyə edilib
Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
108
43
ayna.az

10Mənbələr