AZ

Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyə ediliblər

Xırdalanda

Xırdalanda yaşayış binasında yanğın hadisəsi baş verib.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində doqquz ədəd sayğac, 12 ədəd qoruyucu açar və üç p.m kabel yanıb.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri uşaq olmaqla beş nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Diqqət Çəkənlər

B planı işə düşdü

Türkiyənin şərqində zəlzələ

Baş nazirdən AzTV ilə bağlı qərar

Seçilən
114
46
ulusum.az

10Mənbələr