AZ

Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb.

 

Bu barədə Oxu24.com-a  Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
115
43
oxu24.com

10Mənbələr