AZ

“Çeli” 17 yaşlı futbolçu ilə müqavilə imzaladı

“Çeli” Braziliyanın “Palmeyras” klubundan 17 yaşlı cinah yarımmüdafiəçisi Estevao Villianın transferini elan edib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, klublar oyunçu üçün 40 milyon avro qonorar və əlavə 25 milyon avro bonus nəzərdə tutan transfer şərtlərini razılaşdırıblar. Gənc futbolçu 2025-ci ilin yayında ingilislərə qoşulacaq. Xatırladaq ki, 17 yaşlı Villian Braziliyanın “Kruzeyro” klubunun yetirməsidir. O, 2021-ci ildə “Palmeyras”a keçib. Bu mövsüm “Palmeyras”ın heyətində 27 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Almaniyanın “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.  

Seçilən
128
50
matc.az

10Mənbələr