AZ

Paytaxtdakı "Yaşıl vadi" məhv edilib? - AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsində ağacların kəsilməsinə dair məlumat və görüntülər yayılıb.
Bildirilib ki, sözügedən ərazidə yerləşən "Yaşıl vadi" adlandırılan məhəllədə ağaclar budanma adı ilə məhv edilib və kökündən çıxarılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən cavab verilib və fakt təsdiqlənib:
"Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Topçubaşov küçələrinin kəsişməsindəki ağacların kəsilməsi və məhv edilməsi ilə bağlı əməkdaşlarımız tərəfindən əraziyə mütəmadi olaraq baxış keçirilib və əvvəllər birlik tərəfindən qeydiyyata alınmış müxtəlif cinsli ağacların qeyri-qanuni olaraq götürülməsi, məhv edilməsi faktları müəyyən olunub.
Bununla bağlı birlik tərəfindən akt tərtib olunaraq 26 dekabr 2023-cü il və 29 fevral 2024-ci il tarixlərində aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib".
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
oxu.az

10Mənbələr