AZ

Hondurasın keçmiş prezidenti həbs edildi - FOTO

Nyu York məhkəməsi (ABŞ) Hondurasın keçmiş prezidenti Xuan Orlando Ernandesi narkotik qaçaqmalçılığı ittihamı ilə 45 il həbs cəzasına məhkum edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

"Hondurasın keçmiş prezidenti, 55 yaşlı Xuan Orlando Ernandes bu gün kokain idxalı və bununla əlaqəli silahdan istifadə etməklə törədilən cinayətlərinə görə 540 ay həbs və azadlıqda 60 ay nəzarət altında olmağa məhkum edilib", - departamentin bəyanatında bildirilir.

ABŞ vəkili Demian Uilyamsın dediyinə görə, Ernandes ABŞ-yə təxminən 4,5 milyard dozaya bərabər olan 400 ton kokainin idxalına səbəb olub.

2022-ci ilin fevralında Ernandes Tequsiqalpada saxlanılıb və martın ortalarında məhkəmə onun ABŞ-yə ekstradisiyasına icazə verib.

Xatırladaq ki, 2021-ci ildə Ernandesin qardaşı Xuan Antonio Ernandes narkotik alverində iştirak etdiyinə görə ABŞ-də ömürlük həbs cəzasına məhkum edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
4
milli.az

10Mənbələr