AZ

Digər ölkələrHondurasın keçmiş prezidenti 45 il müddətinə azadlıqdan məhrum edilib

Nyu-York məhkəməsi Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandezi narkotik qaçaqmalçılığı ittihamı ilə 45 il həbs cəzasına məhkum edib.

“Far.Az” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

ABŞ prokuroru Demian Vilyams bildirib ki, Hernandes ABŞ-a təxminən 4,5 milyard doza bərabər olan 400 ton kokainin idxalını asanlaşdırıb.

Xatırladaq ki, Xuan Orlando Hernandez 2022-ci ilin fevral ayının ortalarında Meksikada saxlanılıb. Bir ay sonra məhkəmə onun ABŞ-a ekstradisiyasına qərar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
far.az

10Mənbələr