AZ

Hondurasın eks-prezidentinə 45 il iş verildi – Narkotik ticarətinə görə


Nyu-York məhkəməsi Hondurasın keçmiş prezidenti Xuan Orlando Ernandesi narkotik qaçaqmalçılığı ittihamı ilə 45 il həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
“Hondurasın keçmiş prezidenti 55 yaşlı Xuan Orlando Ernandes bu gün kokain idxalı və bununla bağlı silahdan istifadə cinayətlərinə görə 540 ay həbs və 60 ay inzibati həbs cəzasına məhkum edilib”, - nazirlikdən bildirilib.
ABŞ prokuroru Demian Uillyamsın sözlərinə görə, Ernandes ABŞ-yə təxminən 4,5 milyard dozaya bərabər olan 400 ton kokainin idxalına kömək edib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Ernandes Tequsiqalpada saxlanılıb və martın ortalarında məhkəmə onun ABŞ-yə ekstradisiyasına icazə verib.
Xatırladaq ki, 2021-ci ildə Ernandesin qardaşı Xuan Antonio Ernandes də narkotik alverində iştirak etdiyinə görə ABŞ-də ömürlük həbs cəzasına məhkum edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
4
yeniavaz.com

10Mənbələr