AZ

“Şərurlu İsfəndiyar”ın parkinqi dağıdıldı

Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Xırdalan şəhəri Hikmət Aslanov küçəsində “Şərur MTK” tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı əraziyə baxış keçirilib.

Demokrat.az  bildirir ki,  bu barədə Abşeron rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, ərazidə müşahidə olunan qanunsuz fəaliyyətlərlə əlaqədar olaraq MTK rəhbərliyi ilə danışıqlar aparılıb və ciddi şəkildə tapşırılıb ki, vətəndaşların gediş-gəlişi üçün nəzətdə tutulan piyada səkisi bərpa olunsun və binanın qarşısında avtomobillərin durması üçün qeyri-qanuni şəkildə quraşdırılmış dəmir məhdudiyyətlər qısa müddətdə ərazidən götürülsün.

Bildirilib ki, İcra Hakimiyyətinin nəzarəti ilə qeyd edilən səki tezliklə bərpa ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
demokrat.az

4Mənbələr