AZ

İcra hakimiyyəti "Şərur İnşaat"ın qanunsuz"parkovkasını" sökdü- VİDEO

“Şərur İnşaat” tərəfindən Xırdalan şəhəri Hikmət Aslanov küçəsində piyadalar üçün ayrılmış səki zəbt olunmasının qarşısı alınıb.

Abşeron rayon İcra Hakimiyyətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməkdaşlar tərəfindən Xırdalan şəhəri Hikmət Aslanov küçəsində "Şərur" MTK tərəfindən inşa olunan binanın qarşısında avtomobillərin durması üçün yaradılan parkinqlə bağlı əraziyə baxış keçirilib. Ərazidə müşahidə olunan qanunsuz fəaliyyətlərlə əlaqədar olaraq MTK rəhbərliyi ilə danışıqlar aparılıb, piyada səkinin zəbt olunması dayandırılıb.

Ciddi şəkildə tapşırılıb ki, vətəndaşların gediş-gəlişi üçün nəzətdə tutulan piyada səkisi bərpa olunsun və binanın qarşısında avtomobillərin durması üçün qeyri-qanuni şəkildə quraşdırılmış dəmir məhdudiyyətlər qısa müddətdə götürülsün. İcra Hakimiyyətinin nəzarəti ilə qeyd edilən səki tezliklə bərpa ediləcək.

Qeyd edək ki, mövcud problemlə əlaqədar sözügedən şirkətə məxsus “Jasmine Park” kompleksinin sakinləri Avtosfer.az-a müraciət etmişdilər.

Nərmin

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
avtosfer.az

4Mənbələr