AZ

Muhəmmədəli Məmmədzadə 3 medal qazanıb

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

“Football-plus.az” xəbər verir ki, Azərbaycan millisinin heyətində bu gün Muhəmmədəli Məmmədzadə körpücük üzərinə çıxıb.

O, yaşı 15-ə qədər olan atletlər arasında 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.

“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə gümüş medal əldə edib.
Muhəmmədəli toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının qatıldığı yarış iyunun 23-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
football-plus.az

10Mənbələr