AZ

Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində medallar qazanıb FOTO

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (96 kq) Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində üç medal qazanıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, 15 yaşadək idmançılar arasında mübarizə aparan atlet birdən qaldırma hərəkətində 120 kq-ın öhdəsindən gələrək bürünc medal əldə edib.

“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb. Muhəmmədəli Məmmədzadə toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
13
news365.az

10Mənbələr