AZ

Azərbaycan idmançısı Avropa çempionatında 3 medal QAZANDI

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (96 kq) Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində üç medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 15 yaşadək idmançılar arasında mübarizə aparan atlet birdən qaldırma hərəkətində 120 kq-ın öhdəsindən gələrək bürünc medal əldə edib.

“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb. Muhəmmədəli Məmmədzadə toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
13
bizim.media

10Mənbələr