AZ

Belarus XİN İrəvana NOTA GÖNDƏRDİ

Belarus Xarici İşlər Nazirliyi İrəvana etiraz məktubu göndərib. 

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Belarus Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Svetlana Tixanovskayanın görüşü ilə əlaqədar rəsmi İrəvana etiraz məktubu göndərib.

Məlumata görə, Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə dəvət olunub və ona sözügedən görüşlə bağlı etiraz notası verilib.

Yada salaq ki, Vilnüsdə rəsmi Minskin etirazına səbəb olan görüşdə Tixanovskaya Belarus hakimiyyətinə və prezident Aleksandr Lukaşenkonun özünə qarşı qəti mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.
O, həmçinin Ermənistan və Belarusun demokratik qüvvələri arasında sıx əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
interpress.az

10Mənbələr