AZ

Belarus Ermənistana nota göndərib

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Svetlana Tixanovskayanın görüşü ilə əlaqədar rəsmi İrəvana etiraz notası göndərib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə  Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona sözügedən görüşlə bağlı etiraz notası verilib.

 

Qeyd edək ki, Vilnüsdə keçirilən və rəsmi Minskin etirazına səbəb olan görüşdə Tixanovskaya Belarus hakimiyyətinə və şəxsən prezident Aleksandr Lukaşenkoya qarşı qəti mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.

 

O, Ermənistanla Belarusun demokratik qüvvələri arasında sıx əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
21
oxu24.com

10Mənbələr