AZ

Belarus XİN Ermənistana ETİRAZ NOTASI göndərdi

Belarus Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşünə etiraz əlaməti olaraq, rəsmi İrəvana etiraz notası göndərib.

Ednews xəbər verir ki, bu barədə Belarus XİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Minskdə MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq şöbəsinin rəhbəri Sergey Molunov və Ermənistanın müvəqqəti işlər vəkili Narek Tiraturyanla görüş keçirilib.

Qeyd edilib ki, cari məsələlərin və iqtisadiyyatın müzakirəsi ilə yanaşı, Belarus Xarici İşlər Nazirliyindən Ermənistan tərəfinə müvafiq nota göndərilib.

Xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfəri zamanı Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb. Tixanovskaya və Mirzoyan Belarus, Ermənistan və regiondakı siyasi vəziyyəti müzakirə ediblər. Həmçinin Belarus hakimiyyətinin tələbi ilə bu ölkənin vətəndaşlarının ekstradisiya edilməməsi məsələsini qaldırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
ednews.net

10Mənbələr