AZ

"İsrailin şimalında nə baş verəcəyini mən həll edirəm" - "Hizbullah" lideri

"Livana qarşı müharibə təhlükəsi bizi qorxutmur, biz ən ağır günlərə hazırlaşmışıq..."
 
"Son günlər İsrail Müdafiə Ordusunun qətiyyətli hərəkətləri "Hizbullah" başçısında gərginlik yaradıb..."
 
Livanın "Hizbullah" ("Allahın partiyası") İslam qruplaşmasının baş katibi Həsən Nəsrullah yaxın gələcəyə həsr edilən nitqlə çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri məlumat verib.
 
Hər şeydən göründüyü kimi, "Hizbullah" Qəzzada tədricən hücumunu başa çatdıran ordunun növbəti mərhələyə-Livan islamçılarının "sülhə məcbur etməyə" hazırlaşdığını hiss edir.
 
Bununla əlaqədar olaraq öz komanda heyətinin böyük hissəsindən məhrum olan və cənubi Livanda viranedici dağıntılar törədən Nəsrullah israilliləri ciddi müharibə olacağı təqdirdə "Qalileyi zəbt etməklə" təhdid edib.
 
Ərəblər qarşısında çıxış edən "Hizbullah"ın baş katibi elan edib ki, İsrail Müdafiə Ordusu "şimalda itkiləri gizlədir" və islamçılar "42 yaşayış məntəqəsinin tam təxliyəsinə" nail olub. 
 
Aydındır ki, İsrailin hərbi itkilərini gizlətmək mümkün deyil, əgər ordu tərəfindən dərc edilən məlumatlarda bircə nəfər belə həlak olan hərbçinin adı gizlədilsəydi, dərhal qalmaqal baş verərdi.
 
Qeyd edək ki, Nəsrullahın tam təxliyə barədə iddiaları da həqiqətə uyğun deyil. Son həftələr Kiryat-Şmona və ətrafların getdikcə daha çox sakini raket atəşləri riskinə rəğmən, evlərinə dönür.
 
Bu halda ehtimallar işə düşür və "Hizbullah"ın atəşlərindən həlak olmağın və ya zərər çəkməyin gerçək ehtimalı son dərəcə azdır, hərçənd, daimi atəşlər təhlükəsini təbii ki, rahat həyat adlandırmaq olmaz.
 
"İsraillilərin şimala nə zaman dönəcəyi yalnız bizdən asılıdır. Livana qarşı müharibə təhlükəsi bizi qorxutmur. Biz ən ağır günlərə hazırlaşmışıq. Düşmən onu nə gözlədiyini bilir, ona görə artıq doqquz aydır ki, özünü sakit aparır", - "Hizbullah" başçısı deyib.
 
Nəsrullah İsrail ilə kifayətlənməyərək Kipri də müharibə ilə təhdid edib, elan edib ki, o, yəhudi dövləti ilə birgə təlimlər keçirir, ona görə də əgər Kipr öz hava limanlarını müharibə dövründə israillilərə verərsə, "müharibə Kiprə də yayılacaq".
 
Bu qəzəbli nitq israillilərdə xüsisi bir təəssürat yaratmayıb. Hakimiyyət dairələrində bunu "son günlər İsrail Müdafiə Ordusunun qətiyyətli hərəkətlərindən törənən gərginliklə" izah edilib.
 
Bu günlərdə şimal cəbhəsində olan qoşunlar komandanı Hersi Halevi deyib ki, İsrailin "Hizbullah"ı cilovlamaq üçün imkanları çoxdur və "zamanında düşmən bunu görəcək".
 
Kipr prezidenti Nikos Xristodulidis Nəsrullahın niqtini şərh edərək elan edib ki, bu, "həqiqətə uyğun deyil".
 
"Kipr hərbi münaqişələrə müdaxilə etmir və özünü problemin deyil, qərarın bir hissəsi kimi dəyərləndirir. Bizim Qəzzaya humanitar dəhlizimiz onu göstərir ki, biz sülh və sabitliyə sadiqik".
 
Bunu Kipr lideri qeyd edib, bu zaman İsrailə Livan islamçıları ilə miqyaslı münaqişənin baş verəcəyi halda açıq şəkildə dəstək verməkdə qərarsız olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
20
moderator.az

10Mənbələr