AZ

"Borussiya"ya kimin rəhbərlik edəcəyi məlum oldu

"Borussiya Dortmund"un yeni baş məşqçisinin adı açıqlanıb.
 
Məlumata görə, "arılar"ın yeni çalışdırıcısı 2024-cü ilin əvvəlindən Edin Terziçin məşqçilər korpusunda yer alan Nuri Şahin olacaq.
 
Bildirilib ki, tərəflər yalnız əməkdaşlıq şərtlərini - müqavilənin müddəti və maliyyə detallarını razılaşdırmalıdırlar. Bunun üçün 35 yaşlı Şahinin nümayəndəsi klubun ofisinə baş çəkəcək.
 
Xatırladaq ki, "Borussiya" 2023/2024 mövsümündə Bundesliqada beşinci yeri tutaraq Çempionlar Liqasının finalına yüksəlib.
 
 
17:44
 
Dortmund "Borussiya"sı baş məşqçisi Edin Terziçlə yollarını ayırıb.
 
Məlumata görə, 41 yaşlı çalışdırıcı öz istəyi ilə postundan istefa verib.
 
Çempionlar Liqasının finalçısı "Borussiya" klubunun rəsmiləri isə baş məşqçinin istəyini qəbul ediblər.
 
Qeyd edək ki, "Borussiya" Bundesliqanın son mövsümündə 5-ci yeri tutub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
20
moderator.az

10Mənbələr