AZ

Həyat yoldaşı tərəfindən öldürülən müğənninin- QƏTLİNİN TƏFƏRRÜATLARI

Məşhur çex musiqiçisi və komediya ustası Viktoriya Vera Blyth Ankaradakı villasında əri David Tomas Blyth tərəfindən öldürülüb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, vəhşicəsinə baş verən qətlin təfərrüatları məlum olub. 

Çexiya mətbuatına danışan Viktoriyanın dostları onun bu yayı ərindən boşanmağı planlaşdırdığını bildiriblər.

40 yaşlı Viktoriya Vera Blyth iyunun 11-i axşam saatlarında Britaniya əsilli əri David Tomas Blyth (53 yaş) tərəfindən öz evində güllələnərək öldürülüb. 

Hadisədən sonra David Tomas Blyth intihar edib. Qətl zamanı cütlüyün evdə 3 övladının olduğu bildirilib. 

Qətlin təfərrüatları məlum olub.
Belə ki, bir gün əvvəl yaşadıqları villada Victoria Vera Blyth-in cib telefonuna gələn mesajlara baxıb. İddiaya görə münaqişə elə bu səbəbdən başlayıb və sürətlə böyüyüb.  Blyth həyat yoldaşına silahlı hücum edib.

Hadisədən sonra, cütlüyün ən böyüyü 14 yaşında olan 3 övladı qohumlara təhvil verilib.

Tomas işi üçün Türkiyədə yaşayıb. Qadın isə sonradan həyat yoldaşının yanına gedib.

İngilis mətbuatına açıqlama verən cütlüyün dostları gənc qadının Türkiyədə yaşamaqdan xoşbəxt olduğunu və əylənməyi çox sevdiyini bildiriblər. Hadisədən şoka düşdüklərini deyən dostlar müğənni və komediya aktyoru Viktoriyanın ölümünün böyük kədərə səbəb olduğunu da bildiriblər.
 
Oksana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
20
azxeber.com

10Mənbələr