AZ

Rusiya kiçik bir gürcü partiyasının müraciəti ilə Gürcüstanın taleyini həll edə bilər…(?)

Image

Elşad Həsənov: “Əks təqdirdə xırda bir partiyanın məktubuna belə yüksək səviyyədə cavab verilməzdi”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkənin müvafiq qurumları Sülh Naminə Gürcüstan Həmrəyliyi Partiyasının Rusiya ilə viza rejiminin tamamilə ləğvi və Gürcüstan vətəndaşlarının məşğulluq qaydalarının sadələşdirilməsi ilə bağlı müraciətini təhlil edəcək:

"Əgər belə müraciət varsa, biz bunu görəcəyik və əlbəttə ki, bizim müvafiq şöbələrimiz bu müraciəti təhlil edəcək”. 

Qeyd edək ki, bir  müddət əvvəl Sülh Naminə Həmrəylik Partiyasının hazırda Gürcüstan parlamentinin üzvü olmayan beynəlxalq katibi Mamuka Pipia təşkilatın qurultayında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Rusiya ilə viza rejiminin tamamilə ləğv edilməsini istəyib. 

Çox maraqlıdır ki, belə ciddi mövzu ilə bağlı Gürcüstanın hansısa rəsmi şəxsi və ya dövlət qurumu deyil, kiçik partiya adından, heç parlamentdə belə təmsil olunmayan şəxs müraciət edir və bu müraciətə Peskov münasibət bildirir. İki ölkə üçün mühüm əhəmiyyət kəsb edən bir məsələ Gürcüstanın kiçik bir partiyasının müraciətilə həll edilə bilərmi?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son iki ildə dünyanın yenidən bölünməsi prosesi gedir: “Təbiidir ki, Cənubi Qafqaz uğrunda da çox böyük mübarizə gedir. Saakaşvili dönəmində Gürcüstan Qərbə yönəlmişdi. Sonra onun yerinə rusiyayönümlü İvanaşvili gəldi. Rusiyanın “Qazprom” şirkətinin səhmdarlarından biridir. Əldə etdiyi rəsmi milyardları Rusiyada qazanıb. Onun hakimiyyətə gəlməsində Rusiyanın çox böyük rolu oldu. Çünki həmin dönəmdə Saakaşvili ilə Putin arasında ciddi problemlər vardı. Bunu Saakaşvili dəfələrlə müsahibələrində etiraf etdi. Həttə 2008-ci ildə iki ölkə arasında müharibə belə oldu. Rusiya faktiki olaraq Abxaziya və Cənubi Osetyanı ilhaq etdi. Hazırda həmin ərazilər Rusiyanın nəzarətindədir. Gürcüstan “xarici agent” haqqında qanunu qəbul edəndən sonra, Qərbdən təzyiqlərlə üzləşib. Gürcüstanın hakim partiyasının liderlərinə qarşı sanksiyalar tədbiq olunur. Belə bir dövrdə heç parlamentdə belə  təmsil olunmayan bir partiyanın rəhbəri Putinə müraciət edir və buna prezidentin köməkçisi dərhal reaksiya verir. Görünən budur ki, artıq Gürcüstan öz seçimini edib. Baş nazir dedi ki, onlar Gürcüstanı ikinci Ukraynaya çevirmək istəmirlər. Demək olar ki, ABŞ və Avropa ilə iplər qırılıb. Oktyabrda parlament seçkiləri keçiriləcək. İvanaşvilinin partiyasının qalib gələcəyi sual altındadır. Çünki birləşmiş müxalifət ciddi təpki göstərir. Bütün bu təzyiqlərə baxmayaraq, indiki hakimiyyət Rusiya ilə münasibətləri sıxlaşdırmağa çalışır. Partiya rəhbərinin  Putinə belə məzmunda müraciəti Gürcüstan hakimiyyətinin razılığı ilə olub. Əks təqdirdə xırda bir partiyanın məktubuna belə yüksək səviyyədə cavab verilməzdi. Hazırda Gürcüstanın bəzi parlament üzvləri Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən Gürcüstana qaytarılacağını söyləyirlər. Qərblə isə vəziyyət o yerə çatıb ki, Avropa rəsmiləri Gürcüstan vətəndaşlarının Şengen vizalarının  da ləğv edilə biləcəyini deyirlər. Yaxın vaxtlarda Gürcüstandakı vəziyyət bu qanunauyğunluqlara uyğun  şəkildə dəyişəcək”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
50
baki-xeber.com

10Mənbələr