AZ

Gürcüstanda nifrət nitqi qalmaqalı: Müxalifətçi baş nazirə "autist" deyib

Gürcüstanlı müxalifətçi baş nazir İrakli Kobaxidzeni “autist” adlandırıb.

 

Modern.az xəbər verir ki, bunu “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze “TV Pirveli” telekanalında deyib.

 

O bildirib ki, seçki baxımından Kobaxidze insanlarla danışmayan, əl sıxmayan və həddən artıq təcrid olunmuş “autizmli insandır”.

 

Hakim partiya Vaşadzeni cəmiyyətdən üzr istəməyə və “biabırçı nifrət nitqi”nə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

 

“Autizmli insan yoxdur, yalnız autizm spektri pozğunluğu var. O, Kobaxidzeni təhqir etmək istəyir və autizm spektri pozğunluğu olan bütün insanları təhqir edir. ” - deputat Rati İonatamişvili bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
modern.az

10Mənbələr