AZ

İldırım çobanı və 50 qoyunu öldürdü

Dağıstanda çoban və 50-dən çox qoyun ildırım vurması nəticəsində ölüb. 

Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Noqay rayonunun Şumli-Olik kəndinin kənarında baş verib. 

"Noqay bölgəsində çoban və onun 50-dən çox qoyun sürüsü ildırım vurması nəticəsində ölüb", - Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva RİA Novosti-yə bildirib. 

Məlum olub ki, ildırım çaxma anında çoban telefonla danışırmış. 

Onun 5 uşaq atası olduğu bildirilir. (oxu24.com)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
3
qlobal.net

10Mənbələr