AZ

İldırım çobanı və 50 qoyunu öldürdü

Dağıstanda çoban və 50-dən çox qoyun ildırım vurması nəticəsində ölüb.

Demokrat.az xəbər verir  ki,Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Noqay rayonunun Şumli-Olik kəndinin kənarında baş verib.

"Noqay bölgəsində çoban və onun 50-dən çox qoyun sürüsü ildırım vurması nəticəsində ölüb", - Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva RİA Novosti-yə bildirib.

Məlum olub ki, ildırım çaxma anında çoban telefonla danışırmış.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
3
demokrat.az

10Mənbələr