AZ

İldırım vurması nəticəsində həlak olan mayor Baxış Baxışlı dəfn edildi – FOTO  

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan hərbçisi, mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə keçirilən vida mərasimi başa çatıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mayor Baxış Baxışlı Tərtər rayonunun İsmayılbəyli kənd qəbiristanlığında dəfn olunub. 

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər. 
Faktla bağlı araşdırma aparılır. 










Bizim.Media

Seçilən
102
47
bizim.media

10Mənbələr