AZ

Arutyunyan İrəvanda AB nümayəndəsi ilə görüşdü

Ermənistan Baş nazirinin Aparat rəhbəri Araik Arutyunyan Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatından məlumat verilib.

Məlumata görə, tərəflər Ermənistan-Avropa Birliyi əməkdaşlığı gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər:

“Hər iki tərəf bu il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-AB-ABŞ yüksək səviyyəli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Tərəflər səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini bildiriblər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
axar.az

10Mənbələr