AZ

Paşinyan Aİ rəsmisi ilə Azərbaycanla sülh prosesini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, Regional Əməkdaşlıq və ATƏT üzrə idarəedici direktoru Maykl Sibert ilə görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.

Paşinyan təkcə siyasi deyil, həm də iqtisadi, texnoloji və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsinin və aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı-ABŞ yüksək səviyyəli görüşünün və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sibert Aİ-nin Ermənistanla əməkdaşlığı inkişaf etdirməyə sadiqliyini və buna hazır olduğunu bildirib. Onun sözlərinə görə, Aİ Ermənistanla əlaqələrin genişləndirilməsi üzrə gündəliyin tam şəkildə həyata keçirilməsinə və icrasına fəal töhfə verməkdə davam edəcək. 

Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı, Şərq Tərəfdaşlığı proqramı, regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
19
bakivaxti.az

10Mənbələr